"Nazirlər Kabinetinin 1998-ci il 21 may 114 saylı qərarı istehlakçı hüquqlarının pozulmasına yönəlib

Ekspert bildirib ki, bu qərarla bağlı dəfələrlə çıxışları olub: "Bu qərar istehlakçı hüquqlarının pozulmasına xidmət edir. Nazirlər Kabinetinə bununla bağlı dəfələrlə təhlillər vermişik.
Unikal.org Nazirlər Kabinetinin 1998-ci il 21 may 114 saylı qərarına əsasən dəyişdirilməyən və geri qaytarılmayan məmulatların siyahısını təqdim edir:
1. Qızıl və qızıl məlumatları
2. Qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar
3. İstehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr)
4. Parfümer-kosmetika malları
5. Kişi, qadın və uşaq çimərlik paltarları
6. Bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları
7. Məişət-kimyası malları.
8. Şəxsi gigiyena əşyaları (diş firçaları, daraqlar, biqudilər və s.)
9. Uşaq oyuncaqları
10. İstehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları.
11. Ərzaq üçün plastmasdan hazırlanmış məlumatlar
12. Dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müdəti ərzində) ərzaq malları.