Nyu-Yorkun
NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının
gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar azalaraq
37,44 dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,52 dollar azalaraq 40,32 dollar olub.