İstanbulun Sultanbəyli səmtində yerləşən bir kafeyə "Kalaşnikov silahı ilə edilən hücumun görüntüləri yayılıb.

Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə noyabrın 29-da saat axşam saatlarında baş verib.

Məlumata görə, naməlum şəxslər nömrəsi müəyyən edilməyən bir avtomobillə kafenin qarşısına gəlib. Silahlılar avtomobilin içindən kafeyə atəş açıblar.

Dörd nəfərin yaralandığı hadisənin görüntüləri təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Polisin apardığı araşdırmanın ilkin nəticələrinə görə, hücumun kafe sahibi ilə ədavəti olan şəxslər tərəfindən həyata keçirildiyi ehtimal edilir.