Image result for Aydın MirzəzadəMəlum olduğu kimi ötən gecə cəbhədə Ermənistan tərəfi təxribat törədərək Azərbaycan mövqelərini atəşə tutub. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirib. Nəticədə 9 düşmən əsgəri ölümcül yaralanıb, 1 nəfər isə ölüb. 

Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayaraq bildirib ki, Erməni silahlı bölmələrinin təxribatlarını qarşısı qətiyyətlə alınır: "Düşmənlə qarşıdurma xəttində əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarətindədir.

Milli Məlcisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin sədr müavini Aydın Mirzəzadə Unikal.org-a açıqlamasında Ermənistan provakasiyalarının davam edəcəyi halda müharibənin başlaması ehtimalının çox yüksək olduğunu deyib:

Image result for aprel döyüşləri

"Ermənistanın provakasiyaları davam edəcəksə APREL döyüşlərinin təkrarlanması ehtimalı çox yüksəkdir. Son günlər düşmən cəbhədə daha çox atəşkəsi pozmaqdadır. Bu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın provakasiyasının qarşısı alındı və əks həmlə ilə onlar geri oturduldu. Ermənistan heç cür sakitləşə bilmir. Onlar torpaq iddiasındadırlar, Azərbaycana siyasi həmlələr etmək istəyirlər. Ermənistan bu addımları xaricdəki dəstəkçilərinə arxalanaraq atır. Anlamırlar ki, Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan ordusu Qafqazın ən gücülü ordusudur. Bizim hərbi əməliyyatlara dəstək verə biləcək iqtisadiyyatımız var. Əhali ilə hakimiyyət arasında birlik mövcuddur. Ermənistan müharibə istəyirsə, Azərbaycandan müharibə istəyirsə, bunu alacaq. Ancaq bu onlar üçün çox sərt və sarsıdıcı olacaq. Hesab edirəm ki, Erəmnistan rəhbərliyi etdiyi hərəkətlərin məsuliyyətini dərk etməlidir.


Bir neçə gün əvvəl Rusiyanın müdafə naziri Serqey Şoyqu və ermənistanlı həmkarı Viqen Sarkisyan ortaq hərbi birliyin qurulması haqda müqaviləni imzaladılar. Müqaviləyə əsasən qurulacaq hərbi ittiqfaq Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasını və Ermənistanın bir neçə silahlı birləşməsini əhatə edəcək. Müqavilənin şərtlərinə görə tərəflərdən birinə qarşı hərbi təcavüz baş verəcəyi təqdirdə yeni qurulmuş ordunun köməyindən istifadə ediləcək.

Deputat bu məsələ barədə də fikirlərini bölüşüb. O deyib ki, Ermənistanın bu müqaviləyə əsaslanıb yanlış addım atması onlara baha başa gələ bilər:

"Ermənistan tərəfinin bu müqaviləni səhv başa düşmək əhval-ruhiyyəsi çox güclüdür. Orada söhbət hər iki ölkənin ərazi bütövlüyünün qorunmasından gedir. Hazırda isə Ermənistan qoşunları Azərbaycan ərazisindədir və torpaqlarımızı işğal edib. Hansı müqavilənin imzalanmasından asılı olmayaraq Rusiya heç bir halda Azərbaycan ərazisinə öz silahını və əsgərini göndərməyəcək. Rusiya Azərbaycan kimi etibarlı qonşunu itirmək istəməz. Müqaviləyə əsaslanıb belə bir addımı atması Ermənistana baha başa gələ bilər.

Image result for İskəndər

Cəbhədəki son təxribatların artması Ermənistanın "İskəndər raketinə arxalanmasından irəli gələ bilərmi? sualına komitənin sədr müavini belə cavab verib:

"Artıq təsdiq olunub ki, "İskəndər raketləri Ermənistanın deyil. Əgər Ermənistan bu ağılsız hərəkəti etdiyi halda Azərbaycan əlində olan silahlardan istifadə etmək məcburiyyətində qalsa Ermənistanda daş üstündə daş qalmayacaq. Azərbaycan Ermənistana layiqli cavab verəcək.