Rusiya qırıcısı Su-33 Aralıq dənizində qəzaya uğrayıb. 

Unikal.org bildirir ki,  bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, Suriya səmasında hərbi tapşırığı yerinə yetirib qayıdan qırıcı təyyarə aviadaşıyıcı "Admiral Kuznetsov" kreyserinə eniş edərkən trosun qopması nətcəsində suya düşüb.

Məlumatda hərbi təyyarəçinin heç bir xəsarət almaması bildirilir.