Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev iki ölkənin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.
Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.