Bakı Şəhəri üzrə Təhsil İdarəsi paytaxtın 245 saylı məktəbində baş verən hadisə ilə bağlı məlumat yayıb.
Unikal.org xəbər verir ki, BŞTİ-nin mətbuat xidmətindən APA-ya bildirilib ki, Təhsil İdarəsinə 245 nömrəli tam orta məktəbin texnologiya müəllimi Əhmədova Qənimət İmran qızının döyülməsi ilə bağlı heç bir məlumat daxil olmayıb.
Əksinə, həmin müəllimin şagirdə kobud davranışı ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə valideyn şikayəti daxil olub: "Bununla bağlı Təhsil İdarəsinin daxili nəzarət sektoru tərəfindən araşdırma aparılıb. Eyni zamanda hüquq-mühafizə orqanları həmin məsələni araşdırdığı üçün məktəb direktorunun müvafiq əmri ilə mühafizə orqanlarının yekun qərarına qədər həmin müəllim müvəqqəti işdən kənarlaşdırılıb".
Qeyd edək ki, bu gün 245 saylı orta məktəbdə çalışan müəllim, 1962-ci il təvəllüdlü Qənimət Əhmədovanın işlədiyi məktəbdə Tamara adlı şəxs tərəfindən döyülməsi ilə bağlı məlumat yayılıb. Müəllimməsələ ilə bağlı polisə müraciət edib.