Unikal.org çox faydalı bir dəmləmənin reseptini təqdim edir:

Bu dəmləmə ürək və qaraciyər üçün çox faydalıdır. Həmçinin dəmləmə mübadilə prossesləri, piylərin parçalanmasını sürətləndirir və bununla da arıqlamağa kömək edir. Bu dəmləmə immun sistemini möhkəmləndirir, soyuqdəymə və qrip xəstəliklərinin qarşısını alır.

Dəmləmənin inqrediyentləri orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabı azaldır, xolesterolun səviyyəsini aşağı salır, arterial təzyiqi tənzimləyir.

Dəmləməni hazırlamaq üçün axşamdan termosa 1 ovuc əzilmiş itburnu meyvələri, 1/3 çaya qaşığı darçın, 3-4 sm uzunluqda rəndələnmiş zəncəfil kökü tökün, üzərinə yarım litr isti su tökün , səhərə qədər dəmləyin. Səhər tənzifdən yaxşı süzün və gün ərzində çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə bal əlavə edin.