Hindistanın Uttar Pradeş əyalətində Ghasi Ram evə sərxoş gələrək arvadı Manjhri Devi ilə cinsi əlaqəyə girmək istəyib. Arvadının təklifə mənfi cavab verməsi üç uşaq atasını özündən çıxarıb.
İlişkiye Girmek İstemeyen Karısına Kızıp Cinsel Organını Kesti

Unikal.org xarici mətbuata istinadən bildirir ki, Ghasi Ram hirslənərək mətbəxdən götürdüyü bıçaqla cinsi orqanını kəsib. Hadisədən sonra huşunu itirən kişi yerə yıxılıb. Bu zaman ərinin qan içində yerə yıxıldığını görən xanımı həyacan içində qışqıraraq qonşularını köməyə çağırıb.

Ghasinin vəziyyətinin ağırlaşdığını görən qonşular hadisə yerinə həkim çağırıblar. Bu hadisə Hindistanda gündəm yaradıb.

18 ildir evli olan cütlüyün və 3 uşağı var.

Ərinin iddialarına əsəbləşən qadın fikirlərini belə ifadə edib:"Evə hər gecə sərxoş gəlirdi, əsla məni dinləməz və mənə maraq göstərməzdi. Sarxoş olduğu üçün ona 'xeyr' dedim. Heç bir şey etmədiyim halda indi məni günahlandırır. O ağlını itirib"-deyə qadın bildirib.

Qeyri-adi hadisəyə görə polisə rəsmi bir şikayət edilmədiyi deyilir. Kişinin müalicədən sonra cinsi orqanının yerinə tikilib-tiklməməsi barədə isə heç bir məlumat yoxdur.