Sumqayıtda binaların zirzəmilərində təmir işləri aparılır. Kanalizasiya sistemləri yenidən qurulur. Əhalinin su ilə təminatı yaxşılaşdırılır.

Unikal.org xəbər verir ki, Sumqayıtda çoxmənzilli yaşayış binalarının zirzəmilərində əsaslı yenidənqurma işləri aparılır. 1450 binanın monitorinqi keçirilərkən, 400-ə yaxın tikilinin zirzəmisinə su yığıldığı müəyyənləşib. Həmin ərazilərdən nümunələr götürülüb. Axıntıların səbəbləri araşdırılıb. Məlum olub ki, problem alt paylayıcı qurğularda və kanalizasiya xətlərindədir. Analoji işlər ilin əvvəlində də aparılıb. Nəticədə zirzəmilərə axıntıların qarısı alınıb. Su itkiləri minimuma enib. Sanitar vəziyyət yaxşılaşıb. 2015-ci ilin sentyabrından indiyədək 350-dən çox binanın zirzəmisi təmizlənərək təhvil verilib. Lakin bu hələ problemin tam həlli demək deyil. Sumqayıtda yağış sularının axıdılması üçün mövcud olan drenaj sistemlərinin yaxşılaşıdırılması istiqamətində də işlər görülüb. Bu zaman isə ortaya bir sıra başqa problemlər çıxıb. Şəhərdə əhalinin 80 faizi fasiləsiz su ilə təmin olunur. Əsasən çoxmərtəbəli binaların yuxarı mərtəbələrinə su fasilələrlə verilir. Əhaliyə içməli su verilməsində problem yaranmaması üçün yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.