Cəlilabadda qanunsuz ov edən şəxslərə qarşı reyd keçirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, reyd Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə iştirakı ilə təşkil olunub.
Araşdırmalardan onların ov etmək barədə icazə üçün heç bir lisenziya sənədinin olmadığı müəyyənləşdirilib. Ovlanmış 25 baş gərəf, 8 baş çöl ördəyi müsadirə olunub. Saxlanılan zaman o da məlum olub ki, ovçulardan Tahir Məmmədovun üzərindəki ov tüfəngi heç bir yerdə qeydiyyatda deyil.
Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.