Səhər saatlarında qarın yağması səbəbindən Bakı-Quba yolunun Sumqayıt şəhərindən paytaxta qədər olan hissəsində avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Unikal.org report-a istinadən xəbər verir ki, yolun buz bağlaması nəticəsində "Saray postu" yaxınlığında "Nissan X-Trail" və "Mercedes" markalı avtomobillər sürüşərək bir-birinə dəyib və yol kənarındakı dəmir maneəyə çırpılıb. Qəza nəticəsində hər iki maşına ziyan dəyib.

Bir az irəlidə isə digər "Mercedes" markalı maşın sürüşərək dəmir maneəyə çırpılıb.