Daxili İşlər Nazirliyi Əmircan qəsəbəsində baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb. 

Unikal.org-un nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşmüş avtomobillərdən birini idarə edən Emil Balayev "Qarabağ" klubunun futbolçusudur.