Alimlər soyuqdəymədən qorunmaq üçün soyuq fəsillərdə ən azı 7 saat yatmağı tövsiyə edirlər.Bu sadə məsləhət immun sisteminin xeyli aktivləşməsinə və orqanizmin viris və infeksiyalara qarşı davamlılığının artmasına kömək edəcək.

Unikal.org-un məlumatına görə, alimlər 150 sağlam insan iştirakçı ilə eksperiment aparıblar. Eksperiment zamanı insanların yuxu müddəti və viruslara olan davamlılığı müqayisə edilirdi. Nəticədə məlum olub ki, gecə yuxusu 7 saat və bundan çox olan insanlar gecə yuxusu az olan insanlarla müqayisədə 5 dəfə az hallarda soyuqdəymə və qripp xəstəliyinə tutulur.

Araşdırma növbəti dəfə normal gecə yuxusunun insan sağlamlığı üçün vacibliyini təsdiq edib. Bundan əvvəl aparılmış araşdırmalar normal gecə yuxusunun yaddaşın möhkəmlənməsi, ürək-damar və xərçəng xəstəliklərindən qorunmasında böyük rolunu təsdiq edib. Alimlərin fikrinə görə, böyüklər üçün normal gecə yuxusu 6-8 saat olmalıdır.