Milli Məclisin bu gün keçirilən iclasında "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc çıxışı zamanı vaxt azlığından şikayətlənib.

O bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan 5 dəqiqəyə endirilib: "Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezislərim var ki, onlara toxuna bilməyəcəyəm.
Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca belə cavab verib: "Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış.