Rusiyanın Sankt-Peterburq məhkəməsində Azərbaycan vətəndaşını oğurlamaqda və qətlə yetirməkdə ittiham olunan iki Ermənistan vətəndaşı - Arman Arakelyan və Qayka Tadevosyanın cinayət işinə baxılacaq.

Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə şəhər prokurorluğunun mətbuat xidmətinin məlumatında bildirilir.

İstintaqın fərziyyəsinə görə, sentyabrın 15-də şəxsin itkin düşməsi barədə polisə ölənin həyat yoldaşı xəbər verib. İlkin məlumata görə, sentyabrın 14-də zərərçəkən ilə şübhəli şəxslər arasında münaqişə baş verib. Cinayətkarlar həmyerlimizi maşına mindirərək şəhər kənarına aparıblar. Orada onun döş və qarın nahiyələrinə bıçaq zərbələri endiriblər, daha sonra cəsədi basdırıblar və maşını yandırıblar.

Cinayət işi ittiham qərarı ilə Puşkin rayon məhkəməsinə göndərilib.