Hər bir məscid dindarların, dini icmanın və ianələrin hesabına yaşamalıdır. Ancaq indi məscidlərin hamısı ianə istəyir.

Bunu Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mətbuat Şurasının jurnalistlər üçün təşkil etdiyi iki həftəlik "Milli-mənəvi dəyərlər və KİV mövzusunda təlimlərin başa çatması ilə əlaqədar keçirilən tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. QMİ sədri istənilən şəxsə din xadimi kimi yanaşılmasını düzgün saymayıb: "İndi dünyada kim istəyir saqqal qoya bilər, ancaq bunların hamısı din xadimləri deyillər. QMİ-nin din xadimlərinə müvafiq vəsiqələr verilir.

A. Paşazadə dini xurafatın təhlükəli olduğunu vurğulayıb: "Din o qədər xurafatlaşdı ki, müəyyən cərəyanlar yarandı.