Allahşükür Paşazadə Şabranda (Dəvəçi-red.) 1700 hektar ərazinin qurumdan alınmasına aydınlıq gətirib.
Unikal.org -un məlumatına görə, O, bildirib ki, həmin torpaq QMİ tərəfindən dövlətə qaytarılıb.
Şeyx qeyd edib ki, Özbəkistandan qovulan zaman ahıska türkləri Azərbaycana gəliblər: "Onlar məni tanıyırdılar və mənə inanırdılar. O zaman mən Heydər Əliyevə müraciət etdim və o torpaq ayrıldı. O torpaqlarda Özbəkistandan gələnlər yerləşdirildi. Artıq o insanların problemləri həll olunub. Bu gün o torpağa mənim ehtiyacım yoxdur. Ona görə də biz özümüz o torpaqları dövlətə verdik".