Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisi, polkovnik Azad Ağayev vəzifəsindən azad edilib.
Unikal.org apa-ya istinadən məlumatına görə, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb.
Müdafiə nazirinin digər əmri ilə bu vəzifəyə polkovnik Vasif Məmmədov təyin edilib.