İTV-nin "Eurovsion-2016" Mahnı Müsabiqəsi ilə bağlı Münsiflər Heyətinin iclası keçirilib.
İTV-dən unikal.org-a verilən məlumata görə, iclasda Azərbaycanı müsabiqədə hansı müğənninin təmsil etməsi məsələsinə baxılıb və qərar qəbul edilib.
Münsiflər Heyəti yarışda ölkəmizi Səmra Rəhimlinin təmsil etməsinə qərar verib. O, müsabiqədə "Miracle" ("Möcüzə") mahnısını ifa edəcək.