Bakıda hüquq-mühafizə orqanının əməkdaşına müqavimət göstərərək xəsarət yetirən şəxs tutulub.

Unikal.org xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Ağdam rayon sakini, 1985-ci il təvəllüdlü Emin Atayev polis əməkdaşı ilə mübahisə edib onun qanuni əmrinə tabe olmayaraq müqavimət göstərməklə ona xəsarət yetirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə; həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb və E.Atayev axtarışa verilib.

Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində E.Atayev saxlanılıb.

Qeyd edək ki, bu maddə ilə təqsirləndirilən şəxsin cinayət əməli sübuta yetirilərsə, onu üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir.