"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində itkin düşən 10 neftçinin axtarışları davam edir. 

Operativ qərargahdan Unikal.org-a verilən məlumata görə, itkin düşən neftçilərdən birinin meyiti tapılıb.  Onun adı İlham Qafarovdur. Axtarışlar davam etdirilir.