"Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsinin dənizə uçması nəticəsində 10 neftçinin itkin düşməsi ilə bağlı xəbər vermişdik.
Ekspertlər məsələ barədə fikirlərini bölüşərək hadisənin estrakadanın 1970-ci ildə tikildiyi və əsaslı şəkildə təmir olunmaması səbəbindən baş verdiyini qeyd etmişdilər.
Unikal.org hadisə ilə bağlı deputatların fikirlərini öyrənib.

"Çox pis hadisədir. Buna mütləq şəkildə cavabdeh insanlar olmalıdır. Prezident hadisə ilə bağlı qəti tapşırıq verib. Buna məsul olan şəxslər cavab verməlidirlər. Bu artıq ikinci böyük hadisədir. Görünür, bu istiqamətdə müəyən problemlər mövcuddur və tez bir şəkildə bunlar aradan qaldırılmalıdır. Hazırda əsas məsələ odur ki, itkin düşənlər tapılsın. Allahdan onların ailələrinə səbr diləyirəm".

.jpg)
"Sabah mən bu məsələni çalışıb Milli Məclisin plenar iclasında da qaldıracam. Hesab edirəm ki, artıq Milli Məclis bu məsələyə öz müansibətini bildirməlidir. Çünki bu qısa müddət ərzində artıq üçüncü ciddi qəzadır ki, baş verir. Hər üç qəzada böyük insan itkisi müşahidə olunub. Bütün bunlar da onu göstərir ki, həmin yerlərdə təhlükəsizlik məsələləri ilə bağlı çox ciddi problemlər mövcuddur. Çox təsəsüf ki, Dövlət Neft Şirkətinin təhlükəsizliyə məsul olan şəxsləri indiyədək ciddi şəkildə məsuliyyətə cəlb olunmayıblar. Əgər bu cür səhlənkarlığa yol verən şəxslər ilk gündən cəzalandırılsaydı, bəlkə də sonrakı hadisələr baş verməzdi.
Q.Həsənquliyev baş verən hadisə ilə bağlı hökumətə də çağırış edib:
"Baş verən bu hadisə ilə bağlı hökumət çox ciddi qərarlar qəbul etməlidir. Vəziyyət onu göstərir ki, neftçilərin qaldığı həmin estakadalar çox köhnəliblər, qəzalı vəziyyətdədirlər. Ona görə də küləkli havalarda bu cür qəzalar baş verir. Ən azından küləkli havalarda həmin insanlar ərazidən evuakasiya olunmalı idi. Əgər bu edilmirsə və yaxud da edilən müraciətlərə səhlənkarlıq göstərilirsə, bununla bağlı ciddi tədbirlər görülməlidir. Əvvəlki hadisələr zamanı da müraciətlər edilmişdi. Ancaq baş verən son hadisə göstərdi ki, heç bir tədbir görülməyib. Bütün bunlara görə də hesab edirəm ki, həmin sahəyə cavabdeh olan şəxslər mütləq məsuliyyət daşımalıdır.