"Xəzər telekanalının efirində dəyişiklik edilib.

Unikal.org-un  məlumatına görə, bu haqda xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.

Müğənni bu gün "5/5 verilişinə qonaq olmağı planlaşdırdığını, amma Xəzər dənizində baş verən faciə ilə bağlı kanal rəhbərliyinin verilişi təxirə saldığını vurğulayıb:

"Bu axşam Xəzər TV-də, "5/5" verilişində Zaurun qonağı olmalı idim. Səhərdən özümə yer tapa bilmirdim. Axı bu dönəmdə efirə necə çıxım? Mümkün deyildi. Dənizdə baş vermiş faciə ilə bağlı yayım təxirə salındı. "Xəzər TVnin rəhbərliyinə bu günkü efir düzənini ümumən dəyişdiyinə görə minnətdaram. Allah neftçilərimizə yar və yardımçı olsun.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açılamasında "Xəzər dənizində baş vermiş qəza ilə əlaqədar hazırda telekanalların proqram səbətindən əyləncəli verilişlər çıxarılıb deyə, bildirib.