Bu gün gecə saatlarında "Azneft İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb. Budkada 10 nəfər işçi olub. Onlardan birinin - Cavid Bəhrəmovun cəsədi tapılıb, qalan 9 nəfər isə itkin düşüb. Bu hadisə Azərbaycan üçün əsl faciəyə çevrilib.

Faciə ilə bağlı telekanallar proqramlarında dəyişiklik edəcəkmi?

ATV telekanalının Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlu unikal.org-a bildirib ki, gün ərzində televiziyada şou -proqramları təxirə salınıb. Verilişlərdə diqqət baş verən faciə ilə bağlı hadisələrə yönəldiləcək.

AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova unikal.org-a televiziyanın proqramında dəyişikliklər edildiyini deyib. Bildirib ki, hadisə barədə məlumat açıqlandıqdan sonra təmsil etdiyim kanalda bütün əyləncəli verilişlər təxirə salınıb. Mütəmadi olaraq izləyicilərə hadisə barədə məlumat çatdırılır.

İTV, XəzərTv, LiderTv, Space, Region TV-dən aldığımız məlumata görə, onlar da həmçinin əyləncəli verilişləri yayımdan çıxarılıb.

Elvin Rüstəmov