Prezident İlham Əliyev Əliağa Hüseynovun "Şöhrət ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Əliağa İzzət oğlu Hüseynov "Şöhrət ordeni ilə təltif edilib.

Qeyd edək ki, Ə.Hüseynov Milli Məclisin deputatı, ehtiyatda olan general-leytenantdır. Sabah onun 70 yaşı tamam olur.