İsveç-Türk Dərnəyi başçısının köməkçisi, Azərbaycan diasporunun üzvü Barbaros Leylani ermənilərin şikayəti əsasında həbs edilib.

Unikal.org xəbər verir ki İsveç prokurorluğu düşmən ölkənin diasporu tərəfindən edilən şikayət əsasında Leylaniyə cinayət işi açıb.

Stokholm məhkəməsinin çıxardığı qərarla Leylani 40 günlük həbs edilib və cərimələnib.

Qeyd edək ki, ötən ilin aprel ayında Leylani İsveçdə Azərbaycana dəstək aksiyasında ermənilər əleyhinə işlətdiyi ifadəsinə görə həbs olunub.

O, aksiyada 'ermənilərə nifrət edirəm, 'Erməni itlərinə ölüm' ifadəsini işlədib.

Leylani məhkəmədə bildirib ki, işlətdiyi ifadə ümumi erməni xalqına deyil, əli Azərbaycan xalqının qanına bulaşmış ermənilərə aiddir.

Xatırladaq ki, İsveçdə nifrət ifadəsini işlədən şəxslərə iki ilə qədər həbs cəzası var.