Bakının Nərimanov rayonunda çoxmərtəbəli binada yıxılaraq ölən şəxsin kimliyi müəyyənləşib.
 
Unikal.org xəbər verir ki, Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Dəmirçizadə  küçəsi 7 A ünvanında çoxmərtəbəli binanın 16-cı mərtəbəsində yaşayan 35 yaşlı Orxan Valeh oğlu Həsənov eyvandan yıxılıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
 
İlkin məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib. O. Həsənov siqaret çəkmək üçün eyvana çıxıb və bu zaman huşunu itirərək yıxılıb.
 
Faktla bağlı araşdırma aparılır. 
  
Qeyd edək ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində eyvanın damına düşərək vəfat etməsi barədə məlumat daxil olub.
FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub, cəsədi eyvanın damından aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:02-də başa çatıb.