"WhatsApp səhvən göndərilən mesajların silərək, dəyişdirdikdən sonra təkrar göndərilməsinə şərait yaradacaq.

Unikal.org  xəbər verir ki, bir müddət əvvəl videozəng tətbiqini aktivləşdirən "WhatsApp çoxlarının gözlədiyi daha bir xüsusiyyəti əlavə edəcək.

Belə ki, istifadəçilər bu yeniliyin tətbiqi ilə istənmədən səhv şəxsə atılan mesajlar ləğv edə, hətta dəyişdirib yenidən göndərə biləcək. Bunun üçün göndərilən mesajın üstünə basılı tutun və "Ləğv Eti (Revoke) seçin.

Yenilikdən hələki iOS istifadəçiləri yararlana biləcəklər.

Bu xüsusiyyət sadəcə yazıları deyil, göndərilən videoları da əhatə edir.

Əvvəlcə iOS istifadəçilərinə xidmət göstərəcək bu yenilik yaxın zaman sonra Android platformasına da daxil olacaq.technote.az