Dekabrın 15-dən 16-na keçən gecə yağan qar və şaxtalı hava Ağsu dolaylarında avtomobillərin hərəkətində ciddi çətinliklər yaradıb. Bakı-Şamaxı-Yevlax magistral yolunun dolaylardan keçən 144-147-ci kilometrliyində yol xüsusilə təhlükəlidir. Yağan qalın qar, buzlaşma və duman nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.

Unikal.org xəbər verir ki, 16 nömrəli "Yol İstismar MMC-nin 20 işçisi qumsəpən və qreyderin köməyi ilə sübh tezdən dolayların təhlükəli ərazilərində təmizləmə işləri aparır, yola duz və qum səpir.

Mütəxəssislər sürücülərə ciddi səbəb olmadığı halda Ağsu dolaylarından istifadə etməməyi məsləhət görürlər. Zərurət yarandığı halda sürücülər idarə etdikləri maşınların sazlığına, şinlərin normal vəziyyətdə olmasına ciddi diqqət yetirməlidirlər.