Xəzər dənizində baş verən hadisə nəticəsində həyatını itirən və meyiti tapılan Bakı şəhəri, Ələt qəsəbəsinin sakini, 1958-ci il təvəllüdlü İlham Əlihüseyn oğlu Qafarovla vida mərasimi olub.

Unikal.org "Reporta istinadən xəbər verir ki, "Azneft İstehsalat Birliyinin NərimanNərimanovadına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin əmtəə operatoru İlham Qafarov bu gün doğulduğu Hacıqabul rayonunun Atbulaq kənd qəbirstanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindəSOCARrəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft İB-nin N.Nərimanovadına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.

Xəzərdə həlak olan neftçi dəfn olundu -  Fotolar
Xəzərdə həlak olan neftçi dəfn olundu -  Fotolar
Xəzərdə həlak olan neftçi dəfn olundu -  Fotolar