İtkin düşən neftçilərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsinin zabitləri də qoşulub. 

Bu barədə Unikal.org-a hadisə ilə bağlı yaradılan Qərərgahdan məlumat verilib. Qeyd olunur ki, sahilboyu ərazilərdə, hadisənin baş verdiyi zonada FHN-nin N saylı hərbi hissəsinin əsgərləri vizual axtarışlar aparırlar. 

Qeyd edək ki, dekabrın 15-də saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft İB-nin N.Nərimanovadına NQÇİ-nin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb. İtkin düşən neftçilərin axtarışı davam edir.