"Şimal Elektrik Stansiyasında cari ilin noyabr ayında 129,7 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehsaldan 78,1 milyon kilovatsaat artıqdır.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin  İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən daxil olan məlumatda deyilir. 

2016-cı ilin ötən 11 ayı ərzində isə bu stansiyada 2 milyard 22,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 46,6 milyon kilovatsaat çoxdur.
Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq istismar edilir. 
"Şimal ES-in işini daha dayanıqlı təmin etmək məqsədilə təmir qrafikinə uyğun olaraq enerji bloku təftişə çıxarılmışdır. Təftiş zamanı nəzərdə tutulan təmir işləri tam həcmdə yerinə yetirilmiş, o cümlədən, avadanlıqlarda yaranmış nasazlıqlar  aradan qaldırılmışdır.
Bununla yanaşı, gücü 409 MVt olan 2-ci enerji blokunun tikintisi isə davam etdirilir.
Ümumi gücü  400 MVt olan bu elektrik stansiyası 2002-ci ildə istismara verilmişdir.