"Rəsmi Moskva ilə Bakı iki tərəf arasında əvvəllər mübahisə yaradan bir sıra məsələləri həll edib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycanda səfərdə olan Rusiya baş nazirin müavini Dmitri Roqozin Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının iclasında deyib.
"Biz danışıqlara çox vaxt sərf etdik və mübahisə yaradan bir neçə məsələni həll etdik, - deyə, o əlavə edib.