Ötən gün Xəzər dənizində itkin düşən neftçilərə ATV-nin aparıcısı İlkin Həsəni də biganə qala bilməyib.

Unikal.org-un məlumatına görə, aparıcı sosial şəbəkədə itkin düşən fəhlələrin ailəsinə başsağlığı verib:

"1 il keçdi və çirkli, mazut qoxan, qara Xəzərdən yenə qara xəbər gəldi. Yenə 10 nəfər ailə başçısı, qardaş, ata, dost, qonşu buzlu Xəzərin qucağına tərəf getdi. Yenə onlarla ailənin gözü yolda qaldı. Yenə 5,6 nəfər qalstuklu əmilər təhlükəsizliklə bağlı nağıllar danışıb, itkin düşən neftçilərin ailələrinə səbr diləyəcəklər. Yenə istismarı 1994-də bitən estakadada, mədəndə və ya hansısa yataqda qəzalar baş verəcək, günahkar da əsən güclü külək olacaq. Bilirsiniz, 25 ilə yaxındır ki, xarici neft şikətlərindən hər şeyi öyrənə bildik bircə məsuliyyətdən başqa. Onu da öyrənəndə qorxuram gec olacaq. Dünyasını dəyişən neftçilərimizə Allahdan rəhmət,itkin düşənlərçün isə möcüzə istəyirəm".