Evdar kişilərlə bağlı dəhşətli sosialoji sorğunun cavabları açıqlanıb.

Unikal.org xəbər verir ki, Washington Universiteti Sosiologiya fakultəsində edilən araşdırmaya görə, təmizlik, yemək bişirmə, qab-qacaq yumaq kimi ev işləri ilə daha çox məşğul olan evli kişilər, bağçılıq və ya ev təmiri işləri ilə məşğul olan kişilərdən görə daha az cinsi əlaqəyə girir.

Sorğuda iştirak edən 4 min 500 evli amerkalı cütlük qatıldığı araşdırmada kişilər və qadınların ayda ortalama beş dəfə cinsi əlaqəyə girdiyi ortaya çıxıb. Evli qadınlar sorğuda bildirib ki, ərlərini ev işlərinə kömək etməyə məcbur etdikdən sonra cinsi zəifliklə qarşılaşıblar. Onlar bunun səbəbini biləndən sonra ərlərini bir daha ev işləri ilə məşğul olmağa qoymayacaqlarını bəyan ediblər.  

Mütəxxəsislərin açıqlamasına görə, ağır fiziki işlərlə məşğul olan kişilər daha aktiv olurlar. Evdə təmizlik işləri ilə məşğul olan kişilər isə bir qədər zəif, getdikcə qadınlarından uzaqlaşa və ya daha pessimis olurlar.