"Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydalarının və "Elektron xidmət növlərinin Siyahısının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

"Publik hüquqi şəxslər haqqında Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 759 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, â„– 11, maddə 1072, â„– 12, maddə 1247; 2012, â„– 1, maddə 40, â„– 3, maddə 256, â„– 10, maddə 1016,
â„– 11, maddə 1207; 2013, â„– 6, maddələr 745, 757, â„– 7, maddə 868, â„– 8, maddələr 1005, 1018, â„– 11, maddə 1466, â„– 12, maddə 1639; 2014, â„– 1, maddə 69, â„– 2, maddələr 191, 201, 207, â„– 3, maddələr 307, 317, â„– 4, maddə 449, â„– 5, maddə 560, â„– 6, maddələr 733, 747, â„– 7, maddələr 920, 953, â„– 10, maddələr 1287, 1319, â„– 11, maddələr 1505, 1506, â„– 12, maddə 1656; 2015, â„– 1, maddə 71, â„– 4, maddə 465, â„– 5, maddə 609, â„– 6, maddə 790, â„– 7, maddə 893, â„– 11, maddələr 1415, 1421, â„– 12, maddə 1573; 2016, â„– 2, II kitab, maddələr 367, 384, â„– 4, maddələr 774, 830, â„– 5, maddə 955, â„– 7, maddələr 1340, 1355, 1358, â„– 8, maddələr 1446, 1448, â„– 9, maddə 1578; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 4 noyabr tarixli 440 nömrəli qərarı) ilə təsdiq edilmiş 2 nömrəli əlavə - "Elektron xidmət növlərinin Siyahısının 3-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5-ci bənddən "və təhsil müəssisələrinin sözləri çıxarılsın.

2. 3.7-ci bənddən "və təhsil müəssisələri sözləri çıxarılsın.

3. 3.18-ci bənddən "və təhsil müəssisələrinin və "və təhsil müəssisəsinin sözləri çıxarılsın.

Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri