Bakı şəhərinin turizm sahələrinin cəlbediciliyini daha da artırmaq məqsədilə mühüm addımlar atılacaq.

Unikal.org-un məlumatına görə, turistlərin Azərbaycan muzeylərinə marağını artırmaq üçün güzəştlər tətbiq olunacaq.

Belə ki, turistlərin ölkə ərazisinə daxil olduqları zaman hava limanlarında və vağzallarda muzeylərə aid həm vauçerlər, həm də endirimli biletlər təklif ediləcək.

Bundan əlavə, Bakıda şəhər gəzintisi təşkil edən şəhər turu nəqliyyat xidmətləri də vaxt, səmərəlilik və əhatə dairəsi baxımından təkmilləşdiriləcək. Bunun üçün yeni təcrübəli tur bələdçiləri işə götürüləcək. Audioyazılar daha bir neçə dildə səsləndiriləcək.

Onu da qeyd edək ki, şəhər avtobus turunun əhatə dairəsinə Bakının ətraf qəsəbələrindəki "Yanardağ Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, "Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və palçıq vulkanları kimi turizm məkanları da daxil ediləcək.