Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 140-200, Kiçik Qafqazın çaylarında 120-220, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-80 faizini təşkil edir.

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, dekabrın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 4 santimetr artım müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 192 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 2 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 77 kubmetr olub.

Kür çayının aşağı axınında, eləcə də Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsində artım müşahidə olunub.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 499, Salyanda 343, Bankədə 253, Novruzlu məntəqəsində isə 225 santimetrdir.