"Azərbaycan İstilik Elektrik Stansiyasında (İES) cari ilin noyabr ayında 717,7 milyon, 2016-cı ilin 11 ayı ərzində isə stansiyada 6 milyard 25,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.

Bu barədə Unikal.org-a "Azərenerji ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda deyilir.

Avadanlıqların iş səmərəliliyinin artırılması və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.

Cari ili son üç ayı ərzində yerinə yetirilmiş təmir-bərpa işləri barədə məlumat verən İstehsal idarəsi onu da qeyd etdi ki, "Azərbaycan İES-də 7 saylı enrji blokunun əsaslı təmiri uğurla başa çatdırılmış, 5 saylı enerji bloku isə təmirə çıxarılmışdır. Digər enerji blokları isə təftiş edilmiş və aşkar edilmiş nasazlıqlar aradan qaldırılıb. Eyni zamanda, mazut yanacağının yandırılması ilə əlaqədar olaraq bu rejimdə qazan qurğularının köməkçi avadanlıqlarında istismar qaydalarına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilib.
8 blokdan ibarət, ümumi gücü 2400 MVt olan bu elektrik stansiyasının birinsi bloku 1981-ci ildə, sonuncu blok isə 1990-cı ildə istismara verilib.