Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Arif Mehdiyev vəfat edib.

Unikal.org xəbər verir ki, akademik bu gün 82 yaşında, doğulduğu gün dünyasını dəyişib. O, uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeyd edək ki, fizika-riyaziyyat elmləri doktoru olan akademik 1992-ci ildən Beynəlxalq mühəndis akademiyasının həqiqi üzvü, 1996-cı ildən isə Amerika astronavtika və aeronavtika institutunun üzvü olub.

O, təbii obyektlərin parametrlərini təyin etmək üçün məsafə və kontakt ölçmələrin texnoloqiyasının, məsafə zondlaşmasının üsullarının və texnikasının inkişafı sahəsində mühüm nəticələr əldə edib.

Arif Mehdiyev "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif edilib.qafqazinfo

SON DƏQİQƏ! Azərbaycanlı məşhur doğulduğu gün rəhmətə getdi - FOTO