Qoç- yaxınlarınızla münasibətlərinizdə sirr və ya paradoks var. İfrata varmayın. Vədləri yerinə yetirin.
Buğa- maraqlarınızın toqquşduğu insanla dil tapmağa çalışın. Şəxsi maraqlarınıza həddən artıq diqqət yetirməyin. Ünsiyyət çevrənizi məhdudlaşdırın.
Əkizlər- yaxınlarınız və ya sevdiyiniz insan sizə laqeyiddirsə, sinirlənməyin. Onların problemi var. Günün ikinci yarısında başlayacağınız işləri başa vurmağa can atın.
Xərçəng- qısa müddətdə bitirəcəyiniz işləri görün. Yaxın ətrafınızdakı insanlara təzyiq etməyin, iradlar irəli sürməyin. Fikrinizi ən dürüst mövqe saymayın.
Şir- cari işgüzar maraqların çərçivəsində qalmağa çalşıın. Layihələrinizi təkmilləşdirin. İşlərin axarını nəzarətdə saxlamağın çətinlik yaratdığı yerlərdəki xaosu aradan qaldırın.
Qız- maraqlı və qeyri-adi ideyalarınız yarana bilər. Mənfi situasiyalarda belə, bəxtiniz gətirə bilər. Günün ikinci yarısında hansısa nöqsanı aradan qaldırmaq, münaqişənin yaranmasına imkan verməmək üçün istifadə edin.
Tərəzi- anlaşma, müqavilə, mühüm qərar, böyük məbləğdə xərcləri təxirə salın. İzafi xəbər axarına uyaraq işlərdən ayrılmayın.
Əqrəb- günün ilk yarısında ciddi işlər planlaşdırmayın. Son nəticəyə əhəmiyyətli dərəcədə təsir edə biləcək səhv ehtimalı böyükdür. Diqqətsizliyiniz və ya xarici amillərin təsiri nəticəsində maliyyə maraqlarınıza zərbə dəyə bilər.
Oxatan- səylərinizi tərəfdaşınız və ya həmkarınızla birləşdirərək ümumi tapşırığın öhdəsindən gəlməyə, problemi həll etməyə çalışın. Münasibətləri aydınlaşdırmağa çalışmayın: konstruktiv söhbət alınmayacaq. Səylərinizi stabilliyin qorunmasına yönəldin.
Oğlaq- yaxınlarınızla ünsiyyət, son vaxtlar yaranmış fikr ayrılıqlarının nizamlanması üçün yaxşı gündür. Son vaxtlaradək münaqişədə olduğunuz və ya sürəkli mübahisə etdiyiniz insanlarla da dil tapa bilərsiniz.
Dolça- ailədə stabil vəziyyətin bərqərar olması üçün ciddi güzəştlərə və ya qurbanlara ehtiyac duyulmur. Uzunmüddətli planlaşdırma ilə məşğul olarkən niyyətinizin perspektivlərini dəqiq qiymətləndirin.
Balıqlar- maliyyə məsələlərini həll etmək, əmlak bölgüsünü reallaşdırmaq, müvafiq sənədləşdirmə aparmaq olar.
Milli.Az