Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Sergey Lavrova başsağlığı məktubu göndərib.

XİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, E. Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir A. Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək S. Lavrova dərin hüznlə başsağlığı verib.

Nazir öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından A. Karlovun ailəsinə və yaxınlarına başsağlığı diləklərinin çatdırılmasını xahiş edib.