Ankarada Rusiya səfirinin qətlindən sonra Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəlikləri gücləndirilmiş iş rejimində fəaliyyətlərini davam etdirirlər.
Bu barədə XİN-dən unikal.org-a daxil olan məlumatda deyilir.
Qeyd edək ki, artıq bir sıra ölkələrin diplomatik nümayəndəlikləri Türkiyədə gücləndirilmiş iş rejiminə keçib. ABŞ və İran isə bu ölkədəki nümayəndəliklərini müvəqqəti olaraq bağlı elan edib.