Türkiyədəki hadisədən sonra Rusiyanın Azərbaycandakı səfirliyinin mühafizəsi üçün təhlükəsizlik tədbirləri gücləndirilib.

Unikal.org-un xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib. "Bizə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol şöbəsindən zəng vuraraq soruşdular ki, mühafizə üçün əlavə tədbirlərə ehtiyac varmı? Biz cavab verdik ki, Azərbaycanda özümüzü təhlükəsiz hiss edirik. Bununla belə, qərar verdilər ki, mühafizə gücləndirilsin, - deyə səfir qeyd edib.

Xatırladaq ki, dekabrın 19-da axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən "Rusiya türklərin gözü ilə sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib. Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub. O, təhlükəsizlik əməkdaşları tərəfindən öldürülüb.

Səfir həmçinin deyib ki, MDB ölkələrinin liderləri nüfuzları vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə çalışırlar.

"Dağlıq Qarabağ münaqişəsi ilə ATƏT-in Minsk qrupu məşğul olur. Həmsədrlərdən yalnız bir ölkə - Rusiya MDB-də təmsil olunur. Odur ki, vasitəçilər beynəlxalq səviyyəlidir, MDB-də isə bu münaqişə barədə bilirlər" - səfir söyləyib.

Onun sözlərinə görə, Belarus, Qazaxıstan və digər MDB ölkələrinin liderlərinin mövqeyi elədir ki, onlar nüfuzları, təsir dairələri ilə münaqişənin həlli üçün çalışırlar.