Bakıda intihara cəhd hadisəsi baş verib.
Unikal.org-un"Qafqazinfo"a istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən pirlərin birində baş verib.
Bakı şəhər sakini 1971-ci il təvəllüdlü K.Atakişiyeva səhər tezdən "Pirhəsən" ziyarətgahına gedərək orada özünü öldürmək istəyib.
O, intihar məqsədi ilə xeyli sayda "Rolkos" adlı dərman içib. Ətrafdakı insanların bir qədər sonra qadını huşsuz vəziyyətdə aşkar ediblər. K.Atakişiyeva Toksokologiya Mərkəzinə yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.