Bəzi elektron KİV-lərdə son günlər Azərbaycanda hərbçilərin əmək haqlarının ödənilməsində yubanma olduğu barədə məlumatlar yayılır.
Unikal.org-un məlumatına görə, Nazirliyin mətbuat xidmətindən Milli.Az-ın sorğusuna hərbçilərin maaşlarının gecikdirilməsi ilə bağlı bunu bildiriblər:
"Dekabr ayı üçün Silahlı Qüvvələrin şəxsi heyətinə ödənilməsi nəzərdə tutulmuş pul təminatı tam həcmdə çatdırılıb. Hazırda bu sahədə heç bir problem mövcud deyil".