Serbiya prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində iştirak etmək niyyətində deyil.
"Unikal" xəbər verir ki, o, bu barədə Avstriya kansleri Kristian Stokerlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
"Mən siyasi veteranam, daha prezidentliyə namizəd ola bilmərəm", deyə Vuçiç ifadə edib.
Serbiya lideri onu da dəqiqləşdirib ki, o, bir il yarım sonra prezidentlik karyerasını bitirəcək və ölkə konstitusiyasını dəyişməyi planlaşdırmır. Bundan əlavə, o, Serbiya parlamentinə növbədənkənar seçkilərin keçirilməsinə icazə verib.
Xatırladaq ki, Serbiyada Vuçiçin həbs edilməsinin tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada indiyədək 70 nəfər xəsarət alıb.