ABŞ Prezidenti Donald Tramp Ankaradan Vaşinqtona qayıdıb.

"Unikal" xəbər verir ki, o, ölkəsinə qayıtmaq üçün köhnə təyyarədən istifadə edib. Tramp Türkiyəyə Qətər tərəfindən hədiyyə edilmiş təyyarə ilə gəlmişdi.

Yola düşməzdən əvvəl keçirilən mətbuat konfransında ABŞ prezidenti yeni təyyarənin "Avropadakı iki və ya üç böyük bazaya" göndərildiyini və orada hərbi personala göstəriləcəyini deyib. Tramp əlavə edib ki, "Biz evə adi şəkildə gedəcəyik".

Xatırladaq ki, 2025-ci ilin may ayında Qətər kral ailəsi Trampa 400 milyon dollar dəyərində Boeing 747-8 təyyarəsi hədiyyə edib.