Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən U-20 Avropa çempionatını 5 medalla başa vurub.
"Unikal" xəbər verir ki, yığma yarışın 3-cü günündə daha 2 mükafat qazanıb. Ayxan Cavadov (60 kiloqram) rumıniyalı Draqos Draqaya 6:1, Elmin Əliyev (82 kiloqram) isə macarıstanlı Sabolç Sinaya 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər.
Roman Kərimov (67 kiloqram) təsəlliverici görüşlərdə litvalı Eymantas Andriuska (9:0) və moldovalı Maksim Damaşinə (10:0) heç bir şans tanımayıb. Həmyerlimiz bürünc medal uğrunda qarşılaşmada isə rusiyalı Amir Sovmizə 2:6 hesabı ilə məğlub olaraq 5-ci yerlə kifayətlənib.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşi millisi qitə birinciliyini 1 qızıl, 2 gümüş və 2 bürünc medalla başa vurub. Daha əvvəl Emin Cavadlı (55 kiloqram) qızıl, Cavidan Nehmətovla (77 kiloqram) Orxan Hacıyev (87 kiloqram) isə gümüş mükafata sahib çıxıb.












.jpg)
.jpg)
.jpg)




.jpg)








.jpg)




























